M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin IIB sinif şagirdlərinin və ibtidai sinif yaşlı Şəhid uşaqlarının iştirakı ilə “Uşaqlarımız və milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirilib.
Tədbirin əsas məqsədi Umummili liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti haqqında məlumat vermək, Şəhid uşaqlarına bayram əhval-ruhiyyəsi bəxş etməklə yanaşı, dərs ilinin sonunda tədris fəaliyyəti zamanı sinifdənxaric tədbirlərin təlim prosesi ilə əlaqələndirilməsini təmin etmək, eyni zamanda fənlərarası inteqrasiya yaratmaqla milli-mənəvi dəyərlərimizi, unudulmaqda olan qədim folklor nümunələrimizi əyani şəkildə şagirdlərə aşılamaq olub.
Kanal32.az-ın məlumatına görə, tədbirdə məktəbin direktoru Sədaqət Şükürova, tanınmış folkolor ustadı,sazbənd, keçmiş ümumittifaq və beynəlxalq festivallar laureatı, “Maraloyunu” və “Kilimarası” xalq oyunlarının ölkəmizdəki yeganə ifaçısı və Ümummmilli liderimiz Heydər Əliyevin şəxsən görüşdüyü Süleyman Süleymanov, onun respublika müsabiqələrinin qalibi olan saz ifaçısı nəvəsi, El TV-nin “Bu səhər” informasiya proqramının və “ZamAnında” verilişin aparıcısı, baş redaktoru İnqilab Şirinbəyli, El TV-nin əməkdaşlar, tədris işləri və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbin müəllimləri və valideynlər iştirak ediblər.
Tədbir Dövlət himnimiz səslənməsi ilə başlanıb. Ardınca IIB sinfinin rəhbəri Jalə Həsənova açılış nitqi ilə çıxış edib və Umummili liderimiz, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti, ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsi istiqamətində bu günə kimi həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda Ulu öndərin uşaqlarla görüşlərindən danışıb və müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli-mənəvi dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsində Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Həmçinin, bu gün dövlətimizin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə yaratdığı imkanlar haqqında məlumat verib. Ana dili və musiqi fənlərinin tədrisi zamanı şifahi xalq ədəbiyyatı nümunələrimizin burada nümayiş olunan xalq oyunları ilə əlaqəsindən danışıb, fənlərarası inteqrasiya yaratmaqla milli-mənəvi dəyərlərimizi, unudulmaqda olan qədim folklor nümunələrimizin əyani şəkildə şagirdlərə aşılamasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Heydər Əliyevin müxtəlif vaxtlarda uşaqlarla keçirdiyi görüşlərin və uşaqlarla bağlı etdiyi çıxşlarının yer aldığı videoçarx nümayiş olunub.
IIB sinfinin şagirdləri əllərində Ulu öndər Heydər Əliyevin fotoları əks olunan pankartlarla və bayrağımzla səhnəyə gələrək “Heydər bababın nəvələriyik” adlı mahını ifa ediblər, şeirlər söyləyiblər.
Sonra tədbirdə iştirak edən Şəhid övladları(6 nəfər) adbabad təqdim olunub. Onlar atalarının fotoları əllərində səhnəyə dəvət olunub. Şəhidlərimizin ruhuna ehtiram olaraq onların xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Çıxış edən məktəbin direktoru Sədaqət Şükürova qonaqları salamlayıb və bütün uşaqlara bayram münasibəti ilə təbriklərini çatdırıb.Vətən fədaliləri olan Şəhidlərmizin ailələrinə öz ehtiramını ifadə edib. Bildirib ki, 2 №-li tam orta məktəb hər zaman fərqli məzmunlu layihləri reallaşdırıb və dövlətimizin uşaq siyasətinin tərkib hissəsi kimi şagirdlərimizin əsl vətəndaş kimi formalaşmasına öz töhfəsini verib. Sədaqət Şükürova tədbirin təşkilatçısı, ibtidai sinif müəllimi Jalə Həsənovanın sinifdənxaric tədbirlərin təlim prosesi ilə əlaqələndirməsini və fənlərarası inteqrasiya yaratmaqla milli-mənəvi dəyərlərimizi, unudulmaqda olan qədim folklor nümunələrimizi əyani şəkildə şagirdlərə çatdırmasını yüksək perdaqoji ustaqlıq kimi qiymətləndirib.
Əslən işğaldan azad olunan Kəlbəcər rayonundan olan, folklor ustadı Süleyman Süleymanov Ümummmilli liderimiz Heydər Əliyevlə olan xatirələrini bölüşüb. Uşaqlara milli-mənəvi dəyərlərimizdən, unudulmaqda olan qədim folklor nümunələrimizdən,1-ci vitse-preizident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun maddi-mədəni irs siyahsına salınan Azərbaycan aşıq musiqisi haqqında danışıb. Şuşanın və umumilikdə Qarabağın mədəniyyət nümunlərinin xalqımızın qədim tarixindəki xüsusi rolun diqqətə çatdırıb. “Maraloyunu” və “Kilmarası” folklor nümunəsinin tarixi haqqında məlumat verib. Ardınca isə hər iki xalq oyununu canlı şəkildə musiqi sədalarl altında uşaqlara nümyiş etdirib. Həmçinin, saz havaları ifa edib.
Sonra çıxış üçün söz 44 günlük Vətən savaşında Yevlaxın ilk Şəhidi Emin Kazımovun atası Fərman Kazımova verilib. O, Şəhid ailələrinə, Şəhidlərimizin övladlarına göstərdikləri xüsusi diqqət və ehtirama görə, məktəbin direktoru Sədaqət Şükürovaya və təbdirin təşkilatçısı Jalə Həsənovaya bütün Şəhid ailələri adından minnətdarlığını ifadə edib. İbtitadi sinif şagirdlərinə, eyni zamanda bütün məktəblilərə milli-mənəvi dəyərlərimizin, xalq musiqimizin aşılnamasının önəmini vurğulayan Şəhid atası bu tədbirin özünəməxsuluğuna diqqət çəkib. Folklor ustadı Süleyman Süleymanovun azyaşlı şagirdlərlə görüşünün təşkil olunmasını mədəni irsimizin təbliği baxımından olduqca mühüm hadisə kimi qiymətləndirib.
Teleaparıcı İnqilab Şirinbəyli isə çıxış edərək, EL televiziyasının Yevlax təhsilinin uğurlarından və onların ictimaiyyətə çatdırılmasındakı rolundan danışıb. Yevlax məktəblərinin qabaqcıl təcrübələrinin təbliği və Şəhidlərimizin tanıdılması üçün yaratdıqları efir imkanlarını diqqətə çatdırıb. O bildirib ki, 27 sentyabr 2021-ci il tarixdən bu günə El tv 600 nəfərdən çox Şəhid ailəsi və qaziyə canlı efir imkanı yaradıb və onların cəmiyyətimizə tanıdlması üçün silsilə sənədli filimlər çəkib. Telejurnalist onu da qeyd edib ki, bu qəbildən olan təbdirlər dövlətimizin siyasi-ideoloji və mədəni sahədəki fəaliyyət istiqamətlərinə tam cavab verir. Məktəb rəhbərliyinin, tədbir təşkilatçısının bu təşəbbüsü və atdıqları addımlar təqdirəlayiqdir. Məzmun və məqsəd baxımdan bu tədbiri ümumtəhsil təhsil ocaqları arasında bir ilk hesab etmək olar.
Folklor ustadı Süleyman Süleymanovun nəvəsi, 7-ci sinif şagirdi Pərviz Süleymanovun sazda ifa etdiyi qədim aşıq havaları bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin, IIB sinfinin şagirdləri hazırladıqları müxtəlif rəqs nümunələrini(eyni zamanda “Şuşanın dağları”) təqdim ediblər. Şəhid uşaqlarını və həmyaşıdlarını rəqsə dəvət etməklə, onlara bayram təbriklərini çatdırıblar.
Tədbirin sonunda isə IIB sinfinin şagirdləri bayraq geyimində “Al bayrağım” şeirini səsləndiriblər və “Azərbaycan” mahnısı ifa ediblər. Sonra tədbrin təşkilatçısı ibtidai sinif müəllimi Jalə Həsənova tərəfindən Şəhid övladlarına bayram hədiyyələri təqdim olunub. Uşaqlara üçün xüsusi şirniyyat süfərsi açılıb.
Müəllif: Bünyad Şirinli