Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şuşada önəmli sənədlər imzalandı

Şuşada Azərbaycan Energetika Nazirliyi və bp şirkəti "Əməkdaşlıq barədə icra sazişinə Əlavə" sənədi imzalayıblar.
 
Sənəd energetika naziri Pərviz Şahbazov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons tərəfindən imzalanıb.
 
Bundan başqa, Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında icra sazişi imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və "Masdar Clean Energy" şirkətinin icraçı direktoru vəzifələrini icra edən Favaz əl-Məhərrəmi imzalayıb.
 
Sənədlər Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı imzalanıb.
 
Sessiyada Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan enerji mənbələrinin şaxələndirilməsində vacib rol oynayıb. Bu, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl" enerji potensialının inkişafının vacibliyini göstərir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də