Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 4-də ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahan Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.
İmtahan saat 11:00 da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Bugünkü imtahanda 21 min 753 abituriyentin iştirakı gözlənilir.