Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“RİA Novosti” Azərbaycanda BLOKLANDI

Rusiyanın “RİA Novosti” xəbər agentliyi Azərbaycan ərazisində bloklanıb.
 
“RİA Novosti” özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən separatçı Artak Beqlaryanın müsahibəsini dərc edib. Agentliyin təxribatçı addımı Azərbaycanda etiraz doğurub. 
 
Rəsmi Bakı “RİA Novosti”də ölkəmiz əleyhinə müsahibənin yayımlanmasını Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
 
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğurur.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də