ABŞ Ukrayna qoşunları tərəfindən ələ keçirilən Rusiya silahlarını tədqiq etməyə başlayıb.
Bu barədə "The New York Times" nəşri yazıb.
Bildirilib ki, ABŞ bunun üçün Ukraynaya mütəxəssislər qrupu göndərib.
Nəşrin məlumatına görə, qrup müəyyən edib ki, Rusiya silahlı qüvvələrinin istifadə etdiyi silah və sursatlarda bu və ya digər şəkildə Amerika texnologiyalarından istifadə olunub.
Tədqiqatçılar Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ölkəyə dəvət edilib. Onların əlinə keçən silahlar arasında ABŞ və Avropa İttifaqı ölkələrində yerləşən şirkətlərin istehsal etdiyi xüsusi hissələr var.