Ötən gün Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşı Məhəmməd Rəfiyev dünyasını dəyişib. Siyəzən şəhər sakini 13 yaşlı Məhəmməd evdə yemək yeyən zaman boğulmağa başlayıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş bədbəxt hadisə ilə bağlı danışan şəhidin atası Musa Rəfiyevin sözlərinə görə, oğlu yemək yedikdən dərhal sonra halı pisləşib:
“Evdə çörəklə iki dilim kolbasa yedi, ondan sonra halı pisləşdi, xəstəxanaya apardıq. Həkimlər onu üzü üstə uzadıb mədəsindən basdılar. Bu vaxt bütün yediklərini qaytardı. Buna qədər heç bir narahatlığı yox idi. Tam sağlam uşaq idi, badmintonla məşğul olurdu. Hər şey anidən oldu. Elə 1-2 saat sonra da xəstəxanada qaldı. Həkimlər ayılda bilmədilər, rəhmətə getdi".
Şəhid atası deyib ki, ölüm səbəbini müəyyən etmək üçün Məhəmmədin meyitini Bakıya gətiriblər: "Boğazından 4-5 santimetr yardılar. Bildirdilər ki, bir neçə günə cavab veriləcək".
Qeyd edək ki, Məhəmməd qardaşı şəhid olandan sonra ailənin yeganə övladı idi. O, Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7-ci sinfində oxuyurdu.