Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Neft fondu gəlirlərini ARTIRIB

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3 milyard 828 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
 
Bu barədə Fonddan məlumat verilib.
 
Bildirilir ki, bu, ötən ilin yanvar-ma ayları ilə müqayisədə 1 milyard 997,8 milyon ABŞ dolları və yaxud 2,07 dəfə çoxdur.
 
Xatırladaq ki, 2021-ci ilin yanvar-may aylarında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 1 milyard 850,2 milyon ABŞ dolları ABŞ dolları təşkil edir.
 
AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 158,658 milyard ABŞ dolları təşkil edib.
 
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
 
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də