Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

49 aktiv koronavirus xəstəsi var - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
 
Azərbaycanda indiyədək ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.
 
Ölkədə son sutka ərzində 2112, hazırkı dövrədək isə 6 903 117 test aparılıb.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də