Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Kəlbəcər rayon təhsil şöbəsi ilə birlikdə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 21 saylı Kəlbəcər rayon orta məktəbində tədbir keçirdi.
Tədbirdə millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Təhsil şöbəsinin nümayəndəsi və məktəbin kollektivi iştirak edib.
Millət vəkili Aqil Məmmədov uşaqları salamlayıb, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində göstərdiyi diqqət və qayğıdan danışaraq bu qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Birinçi Vitse Prezident Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Digər çıxış edənlər, Prezident İlham Əliyevin uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etdiyini bildirərək, uşaqlara öz ürək sözlərini, xoş arzularını çatdıraraq, onlara xoşbəxt gələcək arzuladılar.