Qeyd edək ki, Londonda keçiriləcək bu yarışın adını Qarabağ müharibəsinin simvollarından olan Iron Fist (Dəmir Yumruq) qoymaqla Azərbaycan və onun böyük zəfərini xaricdə də təbliğ etmək məqsədi daşıyır. Yarışda Britaniya, Çexiya, İtaliya, Polşa, Fələstin və digər ölkələrdən idmançılar iştirak edəcəklər.
Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi: “Dəmir yumruq”, sadəcə, güc deyil, bir birlikdir”. Bu yarışda da dünyanın bir- çox ölkələrindən idmançıların iştirakı bu baxımdan böyük məna kəsb edir.
Xatırladaq ki, yarışın təşkilatçısı Azərbaycan Kikboksinq yığma komandasının üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 3 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu Hafiz Baxşəliyevdir.
Azərbaycanla bağlı İngiltərədə keçirilən tədbirlərdə fəallığı ilə seçilən Hafiz Baxşəliyev Londonda Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyini yaradıb.
2009-cu ildən Böyük Britaniyada yaşayan, 2020-ci ildən Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri kimi fəaliyyət göstərən həmyerliyimzin təşkilatçılığı ilə 2018-də Azərbaycanın 100 illik yubileyi münasibətilə Londonda peşəkar Kickboxing yarışı təşkil edilib,
Azərbaycandan 6 idmançı, bir məşqçi və bir hakimin iştirakı təmin olunub. 100-dən çox ölkədə canlı yayımlanan yarış idman tarixinə öz izini qoyub.
Davamlı yarışlar təşkil edən idmançımız 2021-ci il 2-ci Qarabağ müharibəsinin simvolu olan Xarı Bülbül adına yarışda salonun ekranlarında Xarı Bülbül simvolunun şəkillərini əks etdirib.
Qəlbi Vətən eşqi ilə döyünən, hər zaman Azərbaycan adına böyük işlər görməyə çalışan Hafiz Baxşəliyevin fəaliyyətini təqdir edir və bu yolda uğurlar arzulayırıq.