“Fransa Senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir”.
Bunu parlamentin iclasında deputat Azay Quliyev Milli Məclisdə noyabrın 25-də Fransa Senatının Dağlıq Qarabağ separatçılarını tanımağa çağıran məsləhət xarakterli qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib.
“Biz Fransanın vasitəçilik missiyasından imtina etməliyik. Biz daha kəskin addımlar atmalıyıq. Parisdəki səfirimizi geri çağrılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır»