Abşeron rayonunun Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alınmışdır
Abşeron rayonunun Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alınmışdır
Son günlər bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə Masazır kəndi ərazisində “Talk.TV” İnternet Televiziyasının müxbiri Təbriz Mirzəyə qarşı jurnaslit fəaliyyəti aparan zaman Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təzyiqə və təhdidə məruz qalması barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. T.Mirzə özünün “facebook” sosial şəbəkə səhifəsində yanlış məlumatlar yayaraq içtimaiyyəti çaşdırmağa, əsl həqiqəti gizlətməyə çalışmışdır.
Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə əlaqədar bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Talıbov Əjdər Fərrux oğlu Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsində Masazır kəndi ərazisində ona məxsus 0,22 ha torpaq sahəsində Seymur adlı şəxs tərəfindən qanunsuz tikinti işlərinin həyata keçirildiyini bildirmişdir.
Vətəndaşın müraciətinin araşdırılması zamanı əraziyə baxış keçirilmişdir. Bu zaman Zaur, Rafiq və Fuad adlı şəxslər tərəfindən ərazidə 8 (səkkiz) sayda evin qanunsuz şəkildə tikintisinin həyata keçirildiyi məyyən olunmuş və aparılan inşa işlərinin qarşısı alınmışdır. Məlumat üçün qeyd edək ki, sözügedən torpaq sahəsi Masazır bələdiyyəsinə məxsusdur və adları qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Qanunvericiliyin tələbləri qanunsuz tikinti aparan şəxslərə izah olunmuş və Fuad adlı şəxsin özü tərəfindən aparaılan tikintinin bir hissəsi sökülmüşdür.
Lakin sonradan adları qeyd olunan şəxslər əraziyə özünü “Talk” TV-nin əməkdaşı kimi təqdim edən Təbriz Mirzə adlı şəxsi dəvət edərək orada RİH-nin əməkdaşlarını təhqir və şantaj əməlləri etməklə qanunsuz tikinti işlərini davam etdirməyə cəhdlər etmişlər.Bununla əlaqədar olaraq RİH tərəfindən ərziyə polis çağrılmış və qanunsuz tikinti işləri növbəti dəfə dayandırılmışdır.Torpaq sahəsinin zəbti faktı ilə əlaqədar yuxarıda adları qeyd olunan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Masazır bələdiyyəsi tərəfindən müvafiq akt tərtib edilərək baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən də Abşeron rayon Polis İdarəsinə məktub ünvanlanaraq qanunsuz şəkildə həyata keçirilən tikinti işlərinin qarşısının alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində həyata keçirilən bütün qanunsuz tikinti işlərinin və torpaq zəbtlərinin qarşısı qətiyyətlə alınacaqdır.