Azərbaycan uşaqların sayına görə regionda seçilən dövlətlərdəndir. Ölkəmizdə 14 yaşınadək uşaqların sayı 2 milyon 260 min nəfərdir. 17 yaşadək uşaqların sayı isə 2 milyon 634 min təşkil edir.
Bu barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan təbii artım səviyyəsinə görə də region ölkələrindən fərqlənir.
Deputat qeyd edib ki, pandemiyadan əvvəlki il təbii artım 7.3 faiz olub:
"2020-ci ildə isə savaş və pandemiya səbəbindən bu rəqəm 3.6 faizədək azalıb. Bununla yanaşı, Azərbaycan əhalinin yaş strukurunda uşaq və gənclərin sayına görə regionda öndə olan dövlətlərdəndir".
"I və II Qarabağ müharibəsində həlak olmuş bütün uşaqlarımızın xatirəsini dərin ehtiramla yad edir, övladlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaqlarını arzulayıram!" , - deputat bildirib.