
Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.
O, Qarabağ fiaskosuna görə məsuliyyət daşımaqla yanaşı, ölkənin gələcəyinə görə də cavabdehlik daşıdığını söyləyib. Hökumət rəhbəri istefa verməyəcəyini və 2021-ci ilin iyun ayına qədər xalqdan vaxt istəyib.
“Mənim 2021-ci ilin iyununa qədər olan dövrü əhatə edən “yol xəritsə”si planım ölkəni rifaha gətirəcək. İndi ən önəmli olan, dövlətçiliyi möhkəmləndirmək və vətəndaşların respublikaya inamını bərpa etməkdir”