Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni doğulan körpəyə Poladhəşim adı verilib

2020-ci il iyulun 14-də Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov hörmət və ehtiramla anılır.

Elə bu hörmət və ehtiramın nəticəsidir ki, bu gün Azərbaycanda doğulan bəzi oğlan uşaqlarına valideynləri şəhid generalın adını verirlər.

Hər bir xalqın taleyinin dəyişməsinə təsir edən simalar olur, Polad Həşimovun şəhadəti də 2020-ci ildə Azərbaycan xalqının qələbəyə olan inancını özünə qaytardı, qisas hissini alovlandırdı.

Xalqın Polad Həşimov sevgisi yeni doğulan uşaqlara qoyulan adların statistikasında da özünü göstərir.

Polad Həşimov şəhid olandan sonra yüzlərlə uşağa Milli Qəhrəmanın şərəfinə onun adı verilib.

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, əgər 2020-ci ildə Polad adı verilən uşaqların sayı 193 olubsa, 2021-ci ildə yeni doğulan Poladların sayı 306-ya çatıb. Bu il, 2022-ci ildə hələ ki 83 uşaq Polad adlandırılıb.

Ədliyyə Nazirliyinin məlumatında o da bildirilir ki, yeni doğulan körpələrdən birinə Poladhəşim adı verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də