Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir ölkədə meymunçiçəyi AŞKARLANDI

Macarıstanda ilk dəfə meymunçiçəyi xəstəliyinin aşkar edildiyi açıqlanıb.
 
Macarıstan Səhiyyə Xidmətlərinin direktoru Sesiliya Müller açıqlamasında ölkədə ilk yoluxma halının 38 yaşlı kişidə aşkar edildiyini bildirib.
 
Xəstədən alınan nümunədə edilən müayinələr nəticəsində meymunçiçəyi diaqnozunun qoyulduğunu qeyd edən Müller, xəstə ilə bağlı digər araşdırmaların davam etdiyini açıqlayıb.
 
Müller virusun insandan insana yaxın fiziki təmas, eləcə də dəsmal və qab-qacaqdan ümumi istifadə zamanı keçdiyinə diqqət çəkib.
 
Müller həmçinin xəstəliyin 2-4 həftə davam etdiyini, yoluxmuş insanların təcrid olunmalı olduğunu da əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də