Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.
Məmmədyarov I turda norveçli Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb.
Məmmədyarov ikinci görüşdə rəqibinə qalib gəlib. O, 36-cı gedişdə Tarini təslim olmağa məcbur edib.
Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.