“Türkiyənin hadisələrdən kənarda qoyulduğu haqda iddialara ciddi yanaşmıram".
Bu fikirləri politoloq Elçin Şıxlı deyib.
Politoloq bildirib ki, baş verənlər prinsipcə bəllidir:
"Belə ki, ruslar ermənilərə məsləhət verir, biz də öz növbəmizdə Türkiyə dövləti ilə məsləhətləşmələr aparmışıq, bundan sonra 10 noyabr bəyannaməsinə imza atmaq qərarı verilib. Amma burada əsas odur ki, bu addım bizə lazım olan məqamda atılıb. O mənadakı türklərin dediyinə görə biz dayanmamışıq. Türkiyə rusları bizim kimi tanıya bilməz. Biz rusların xarakterinə, psixologiyalarına bələdik, onların içərisində yaşamışıq. Eyni zamanda Türkiyənin özünün maraqları var. Biz işimizi elə qururuq ki, ruslar bizim tək olmadığımızı anlasın. Bu, bizim marağımızdadır. Əlbəttə, burada geosiyasi proses də var. Bu da türklərin Cənubi Qafqaza daxil olmasıdır”.
Onun fikrincə, ABŞ-ın Türkiyə vasitəsilə Cənubi Qafqaza daxil olmasına dair iddialar əsassızdır:
“ABŞ-ın Türkiyə vasitəsilə Qafqaza daxil olmasına inanmıram. Bu saat ABŞ-da siyasətçilərin başı seçkilərə qarışıb. İngiltərənin gəlişi isə mümkün ola bilər. Çünki London Avropa Birliyindən çıxıb, özünün maraqları var. Tarixən də Böyük Britaniyanın bu bölgədə maraqları olub. İndiki ərəb dünyasını bir vaxtlar xətkeşlə bölüşdürüb sərhəd çəkən də elə İngiltərə olub. ABŞ bundan sonra bura daxil ola, bu barədə maraqlana bilər. Tramp siyasətinin mahiyyətində daha çox öz problemlərini həll etmək dururdu. Co Baydenin və ümumən Demokrat Partiyasının siyasəti bir qədər fərqlidir. Onlar bura gəlmək istəyə bilərlər”. (teleqraf.com)