Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azovstal”da 152 ukraynalının cəsədi tapılıb - Rus general

Rusiya hərbçiləri Mariupoldakı “Azovstal” zavodunun zirzəmilərində ukraynalı millətçilərin minalanmış cəsədləri olan furqon aşkar ediblər.

Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bunu Kiyevin təxribat cəhdi kimi qiymətləndirib.

Onun sözlərinə görə, “Azovstal” katakombalarında 152 silahlının minalanmış cəsədi aşkarlanıb.
 
"Əsir götürülən Azov yaraqlılarının dindirilməsinin nəticələrinə görə, cəsədlərin minalanmasının birbaşa Kiyevin göstərişi ilə həyata keçirildiyi müəyyən edilib. Təxribatın məqsədi Kiyev rejiminin və şəxsən Zelenskinin siyasi “reputasiyasını” xilas etmək, Rusiyanı cəsədlərin qalıqlarını qəsdən məhv etməkdə ittiham etməkdir”, - general-mayor bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də