“Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb”.
Bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu deyib.
“Qeyd edim ki, Nəsimi Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilmişdi. Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olmuşdur.
Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilmiş və artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilmişdir”, - E.Hidayətoğlu bildirib.
Xatırladaq ki, hadisə zamanı yaxınları Nəsimi Şərəfxanlının intihara cəhd etdiyini bildirmişdilər.
Onun özünəqəsd məqsədi ilə sirkə turşusu içdiyi qeyd olunmuşdu.
Ehtiyatda olan baş leytenant, Cumhuriyyet.az saytının rəhbəri N.Şərəfxanlı 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.
Jurnalist evlidir və iki oğlan övladı var.