Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu anaların uşaqları ürək qüsuru ilə doğulur

Anadangəlmə ürək qüsuru olan ananın ürək qüsurlu uşaq dünyaya gətirməsi ehtimalı 50 faizin üzərindədir.
 
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardiocərrahı Elnur Həsənov bildirib.
 
Həkim qeyd edib ki, bu, anada artıq olan qüsurlu genlərin bir araya gəlməsi və dölün inkişafı zamanı bir sıra faktorların təsiri nəticəsində olur:
 
“Anadangəlmə ürək qüsurlarının yaranmasına həm genetik faktorlar, həm də hamiləlik dövründə bəzi anaların pis vərdişləri səbəb ola bilər. Ürək damar sisteminin formalaşmasında embriogenezin ilk 8 həftəsi önəmli əhəmiyyət kəsb edir.
 
Bundan əlavə, valideynlərdə və ya qohumlarda anadangəlmə ürək xəstəliyinin olması, yaxın qohum evlilikləri, anada şəkərli diabet, hamiləlik dövründə spirtli içki və siqaret istifadəsi, ananın radiasiyaya məruz qalması körpədə bir sıra ürək qüsurlarının yaranmasına səbəb olur”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də