Almaniyada 2021-ci ildə uşaqların istismarı halları əvvəlki ilə nisbətən 108 faiz artaraq 39 min 171-ə çatıb.
Bu barədə uşaq zorakılıqları ilə bağlı hesabatda qeyd olunub. Hesabata əsasən, ötən il Almaniyada 145 uşaq zorakılıq nəticəsində həyatını itirib.
2018-ci ildən bəri zorakılıq hallarının yayılması 10 dəfədən çox artıb. Xüsusilə sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq meylləri daha çox təbliğ olunur.
Bundan əlavə, hesabatda qeyd olunub ki, Almaniyada hər gün orta hesabla 49 uşaq cinsi zorakılığa məruz qalır.