Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrəvanda 110-dan çox etirazçı SAXLANILDI

Ermənistanın paytaxtı İrəvanda hökumət binası yaxınlığında keçirilən etiraz aksiyasında 111 nəfər saxlanılıb.
 
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd edək ki, bu gün İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib.  
 
Məlumata görə, hökumət binasına yaxınlaşan etirazçılar binanın girişindəki bariyeri yarmağa cəhd edib. Əraziyə cəlb olunan polis əməkdaşları və xüsusi təyinatlılarla etirazçılar arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri müxalifət nümayəndələrinə güc tətbiq edərək, onları hökumət binasının girişindən uzaqlaşdırıb.
 
İnsident nəticəsində 4 etirazçının xəsarət aldığı bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də