Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Maral ovçunun silahını əlindən alıb meşəyə qaçdı






Çexiyanın Çeske Budeyevitse şəhərində ovçular polisə inanılmaz hadisə barədə məlumat veriblər. Belə ki, bir qrup ovçu meşədə kiçik ov üçün gəzəndə, onlardan biri maral tərəfindən “tərksilah” edilib.

Bu barədə “Der Spiegel” yerli polis idarəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, itlərin hürməsindən hürkdüyü ehtimal olunan maral əlində silah olan ovçulardan birinin üzərinə doğru qaçıb, onun çiynini əzib və buynuzu ilə qolunu yırtıb. Bu zaman ovçunun silahı yerə düşüb, maral isə tüfəngi buynuzları ilə qaldırıb və hadisə yerindən qaçaraq uzaqlaşıb.

Təqribən bir saat sonra maral Bohem meşəsində görünüb, silah hələ də onun buynuzlarında olub.

Ovçular hadisə barədə polisə məlumat verməli olublar.

Hüquq mühafizəçilər meşədə ov tüfəngi tapan hər kəs onu ən yaxın polis bölməsinə təhvil verməyə çağırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də