Türkiyədə baş tutan toy mərasimi böyük səs-küyə səbəb olub: 4mln pul 12kq qızıl... FOTO
Türkiyədə böyük Aşirətlərdən olan "Gavidan" tayfasının lider (Ağası) Rasim Aslanın oğlu Ceyhun Aslanın Toy məclisi baş tutub. Türkiyənin Van şəhərində keçirilən mərsimdə yerli və xarici qonaqlar, Millət vəkilləri, Bələdiyyə rəisləri, İş adamalarıda iştirak edib. 150 xırda 10 iri buynuzlu heyvanın kəsilidiyi toya 1mln 652min insan qatılıb. Qeyd edək ki, sözü gedən toy Türkiyə mediasında geniş müzakirələrə səbəb olub. Buna səbəb 3 gün baş tutan mərasimin sonunda yığılan nəmər olub. Bəyə nə az nə çox 4.mln 100.min TL (Yarım mln.azn)-ə yaxın pul təqdim olnub. Gəlinə isə hədiyyə kimi 11kq 875 qram qızıl hədiyyə edilib. Xatırlatmaq istərdik ki, bəyin evləndiyi gəlinin ailəsi əslən "Qarapapaq" tərəkəmə türkləridir.