Yəmənin Ədən şəhəri yaxınlığındakı “Əş-Şeyx-Usman” bazarında terror aktı törədilib.
Bu barədə şəhər polisi məlumat yayıb.
Bildirilib ki, bazardakı mağazaların birində çəlləyin içinə yerləşdirilən bomba partlayıb. Partlayışın nəticəsində 1 uşaq olmaqla 5 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Polis və xüsusi xidmət orqanları araşdırma aparır.