Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur iş adamı Şəmsi Səmədzadə azadlıqda - FOTO

Ömürlük həbs cəzasına məhkum olunmuş keçmiş sahibkar Şəmsi Səmədzadə bu gün azadlığa buraxılıb.

Prezident İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda Şəmsi Səmədzadənin də adı yer alıb.
 
O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustandakı qapalı tipli həbsxanasında cəza çəkirdi.
 
Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
 
Qeyd edək ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış iş adamı olub. Bəzi iddialara görə, Şəmsi Səmədzadə sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunmuşdu.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də