Türkiyənin Suriyaya qarşı mümkün əməliyyat barədə işarə verməsindən sonra məsələ ilə bağlı Rusiya tərəfindən mühüm açıqlama yayılıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bununla bağlı açıqlamasında "Türkiyə Suriyada baş verənlərə biganə qala bilməz" deyə vurğulayıb. Rusiyanın “Russia Today” (RT) media orqanına müsahibə verən Lavrov Suriyada müxtəlif ölkələrdən qüvvələrin olduğuna diqqət çəkib:
“Hələ də Suriyada heç kimin ora çağırmadığı ölkələrin ordu birlikləri var. ABŞ əsgərləri hələ də Fəratın şərq sahilinin böyük bir hissəsini zəbt edir. Onlar xalqın hisslərindən istifadə edirlər. Bu yolla İraq və Suriya kürdlərini birləşdirən strukturda problemlər yaradırlar”.
Onun sözlərinə görə, bütün bu vəziyyət bölgədə gərginliyə səbəb olur: “Türkiyə təbii ki, bunlara biganə qala bilməz. Biz bu problemlərin Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində həllini istəyirik".