Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyanın təhlükəsizlik rəsmiləri Çubaysı yoxlayacaq

Rusiyanın təhlükəsizlik rəsmiləri prezident Putinin keçmiş xüsusi nümayəndəsi, məşhur iş adamı Anatoli Çubaysın Avropadakı hesablarına dair məlumatları yoxlayacaq.

Bu barədə TASS məlumat yayıb.

Agentlik mənbələrinin məlumatına görə, bu hesablardakı valyutanın həcmi bir neçə milyarda çata bilər. İstintaqın maraqlarına uyğun olaraq, mənbələr Anatoli Çubaysın hansı banklarda hesablarının ola biləcəyini dəqiqləşdirməyib, lakin əlavə edib ki, vəsait qanunsuz yolla əldə edilə bilər.

Martın sonunda Çubays Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini tərk edib və mətbuatın verdiyi məlumata görə, İstanbula gedib. Daha sonra o, Rusiyanın ən böyük texnoloji holdinqlərindən biri olan AFK Sistema-nın direktorlar şurasını və digər vəzifələri tərk edib. Bundan əvvəl, 2008-2020-ci illərdə Çubays “Rosnano” dövlət korporasiyasına rəhbərlik edib.

Aprelin sonunda TASS yenidən Çubaysa yaxın mənbələrinə istinadən onun Avropada olduğunu və geri qayıtmaq fikrində olmadığını bildirdi. Mənbənin sözlərinə görə, Çubays Rusiyanı şəxsi təyyarəsi ilə tərk edərək Türkiyədən İtaliyaya gedib və oradakı mülklərində məskunlaşıb.

Kreml Çubaysın hərəkətlərini şərh etmək istəməyib.

Bundan əvvəl Çubaysın varisi Sergey Kulikov Baş Prokurorluqdan şirkətin 2010-2020-ci illər üçün işini yoxlamağı xahiş etmişdi. Kulikov şirkətə 28 milyard rubl ziyan vura biləcək bahalı maliyyələşdirmədən şübhələndiyini deyib. Kulikovun sözlərinə görə, 2017-18-ci illərdə “Rosnano” hökumətə 1,1 milyard rubl dividend ödəməyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də