Seçici siyahısında adı olmayan şəxslərin necə səsvermədə iştirak edəcəyi açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, seçicilər yerli dairələrə müraciət etməlidirlər:
"Azərbaycanda müəyyən ərazidə son 6 ay müddətində daimi yaşayan şəxsin seçki hüququ yaranır. Bununla bağlı adlarını seçici siyahısında tapa bilməyən vətəndaşlar dairə seçki komissiyalarına müraciət etməlidirlər. Onlar qeydiyyatdan keçib, səs verə bilərlər".