Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sevinc Qədirovaya şərt qoydular - Ya intihar et, ya da ölkədən get!

Azərbaycan Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova şantaj edildiyini, intiharın bir addımlığında olduğunu açıqlayıb.
 
S.Qədirova bu barədə "Facebook" hesabında məlumat verib.
 
20 ilə yaxındır jurnalist fəaliyyəti ilə məşğul olduğunu vurğulayan S.Qədirova 2015-ci ildən bu günə qədər davam edən kabusunun bitmək bilmədiyini deyib:
 
"Rəsmi şəkildə əsir düşmüşəm elə bil. Bir qızın başına gətirə biləcəkləri ən pis oyunları hələ də başıma gətirməyə davam edirlər. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq! Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar: ya ölkəni tərk et, ya da intihar et! Atam, qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var, hüquq-mühafizə orqanları var. İntihar həddinin bir addımlığındayam”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də