Avtoxuliqanlıq edən qazilər saxlanıldı: bir neçəsi təkrar tutulur - FOTOLAR
Gəncədə yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Qeyd edilir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub. "Bundan başqa onların arasında Vətən Müharibəsi qazilərinin olması isə təssüf doğuran haldır" - məlumatda bildirilir.