Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Bakı şəhərində məskunlaşmış Kəlbəcərli sakinlərlə qəbul keçirib.
Qəbulda seçicilərərin qaldırdıqları məsələlər, müraciətlər və şikayətlər dinlənilib. Dinlənilən məsələlərlə əlaqədar qeyd olunaraq bir sıra məsələlərə yerindəcə baxılıb və digər məsələr haqqında müfaviq sorğu məktublarının göndərilməsi təmin edilib.
Həmçinin deputat A.Məmmədov Kəlbəcər rayonunda aparılan işlərlə əlaqəli yenı inşa edilməkdə olan tunel haqqında seçicilərə məlumat verib.
Aqil Məmmədov vurğluyub ki, Kəlbəcər rayonunda aparılan infrastruktur işləri ilə bağlı görülən təxirəxalınmaz işlər köçkünlərin mümkün qədər tez zamanda doğma yerlərinə qayıtmasına xidmət edir.