Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 25 körpəyə Allahşükür adı verilib

Son 5 ildə Azərbaycanda yeni doğulan 25 körpəyə Allahşükür adı verilib.

2018-ci ildə 7, 2019-cu ildə 6, 2020-ci ildə 6 uşağa valideynləri Allahşükür adı qoyublar.

2021-ci ildə daha 4, 2022-ci ildə isə 2 körpə Allahşükür adlandırılıb.

Hamıya məlumdur ki, Azərbaycanda Allahşükür adı deyiləndə ilk ağıla gələn şəxs Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə olur.  Bu adın məşhurlaşması da elə şeyx həzrətlərilə bağlıdır.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 209 uşağa Allahverdi, 15 uşağa Allahverən adı qoyulub.

Bundan başqa, 36 körpəyə Allahyar, 8 körpəyə Allahqulu adı verilib. 

Son 5 ildə Azərbaycanda valideynləri 2 uşağa çoxları üçün qeyri-adi səslənə biləcək Allahpayı adı veriblər.

1 körpənin doğum haqqında şəhadətnaməsinə isə isə Allahbağış adı yazılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də