Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qubada sel körpünü uçurdu - Kəndlərlə əlaqə kəsildi

Mayın 24-dən başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları Quba rayon ərazisində bir sıra fəsadlar törədib.
 
Ağ çayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində rayon mərkəzindən 13 km məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
 
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.
 
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulmuş, körpü qəzalı vəziyyətə düşüb.
 
Yaranan vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilib, aidiyyəti üzrə tapşırıqlar verilib, təbii fəlakətin fəsadlarının təcili aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar cəlb edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də