Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcər rayon 17 saylı tam orta məktəbin inzibati binasında görüş keçirilib - foto


Millət vəkili Aqil Məmmədov və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Qaradağ rayonu “Qobu Park” qəsəbəsində məskunlaşan Kəlbəcər rayon sakinləri ilə Kəlbəcər rayon 17 saylı tam orta məktəbin inzibati binasında görüş keçiriblər.

Millət vəkili Aqil Məmmədov çıxış edərək bildirdi ki,  vaxtilə ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb.  Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də fəaliyyətində qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğını ön planda saxlayır.
Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir.
Vətən müharibəsində böyük zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur.  Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.
Artıq qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb. Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir.
Kəlbəcərlilər bu gün öz doğma ocaqlarına qayıtmağın hislərini yaşamaq arzusundadılar.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Azərbaycanın 30 ilə yaxındır ki, işğal altında olan əraziləri artıq azad edilib.
Həmin ərazilərdə yenidən yaşayış məntəqələrin salınması, qaçqın və məcbur köçkünlərin öz yurd-yuvalarına qaytarılması üçün "Böyük qayıdış" planı hazırlanmaqdadır.
Cənab Prezidentin rəhbərliyi ilə tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaqdır.
“Açıq mikrofon” formatında, dialoq şəklində keçirilən və sakinlərin böyük maraqla qarşıladıqları bu görüşdə çıxış edən onlarla vətəndaş onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, qazilərin sağlamlıq məsələləri, Şəhid ailələrinin və yaşlı nəslin nümayəndələrinin Kəlbəcərə səfərlərinin təşkil edilməsi və Kəlbəcərə qayıdış məsələləri ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən digər məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirilib.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də