Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Taliban” Bakıdakı səfirliyə məktub GÖNDƏRDİ

Ötən ilin yay aylarında Əfqanıstanda hakimiyyətə gələn “Taliban” rejimi bu ölkənin Bakıdakı səfirliyi ilə əlaqələr qurmağa başlayıb.
Əfqanıstanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi ilə Kabil arasında müxtəlif məktublaşmalar həyata keçirilib.
Hazırda diplomatik nümayəndəliklə yeni hakimiyyət nümayəndələri arasında təmaslar mövcuddur.
Lakin Əfqanıstanda hakimiyyət dəyişikliyinə baxmayaraq, “Taliban”ın tətbiq etdiyi yeni bayraq Bakıdakı səfirlikdə qaldırılmayıb.
Qeyd edək ki, bundan öncə Əfqanıstanın Azərbaycandakı səfirliyi səfir Amanullah Ceyhunun Bakıda olduğu və fəaliyyətinə davam etdiyini açıqlamışdı. Eyni zamanda, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları da səfirliyə problemləri barədə müraciət edə bilirlər. 
Xatırladaq ki, ötən ilin avqustun 15-də “Taliban” hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. “Taliban” hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib. İndiyədək bir çox ölkələr “Taliban” hakimiyyətini rəsmən qəbul etməyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də