Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması üzrə işin davam etdirilməsi və sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclasının dövlətlərarası sərhəddə yaxın günlərdə keçirilməsi razılaşdırılıb.
Üçtərəfli görüşlərin davam etdirilməsi üzrə razılıq əldə olunub: iyulda, yaxud avqustda bu formatda görüş planlaşdırılıb.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında bildirilib.