Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden Ukraynaya 40 milyard dollar yardım ayırdı

ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.
 
Bu barədə Ağ ev məlumat yayıb.
 
Bildirilib ki, ABŞ lideri qanun layihəsini mayın 21-də imzalayıb.
 
Qeyd edək ki, mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi. Bununla da Rusiya ordusu fevralın 24-də hərbi əməliyyata başlayandan ABŞ-ın Ukraynaya yardımı 50 milyard dolları ötüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də