Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Monte Melkonyan məni döyüb, otaqda saçımdan sürüyürdü...” - Əsirlikdə olan qadın...






Səkkiz gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan Xocalı sakini Dürdanə Ağayeva erməni terrorçu M.Melkonyan tərəfindən başına gətirilən işgəncələrdən danışıb.

O,  açıqlamasında Melkonyanın ona qarşı etdiklərini qısaca nəql edib:

“M.Melkonyan Xocalıya Amerikadan gəlmişdi, “ASALA” terror təşkilatını üzvü idi. Türkcə və ermənicə pis danışırdı, ingilis dilində yaxşı bilirdi. Səkkiz gün ermənilərin əlində əsir qalarkən o, da mənə olmazın işgəncələrin verdi. O, məni otaqda o qədər döymüşdü ki, özümdən getmişdim. Saçımdan tutub sürüyürdü. Bir də gözümü açanda gördüm ki, üstümə su tökür ki, məni ayıltsın. Bu işgəncələrə mənimlə birlikdə qardaşım Elşad da məruz qalmışdı. Amma şükür ki, Milli Qəhrəman Allahverdi Bağırovun köməyi nəticəsində onların əlindən xilas ola bildik. M.Melkonyan bizim Xocalı sakinlərinə çox işgəncə verib. Onu vuran oğlanın əllərinə qurban olum. Gözümüz aydın olsun ki, Kəlbəcərimiz işğaldan azad edildi. İnşallah Xocalının da, Xankəndinin də işğaldan azad edildiyini elan etsinlər”.

Qeyd edək ki, bu gün erməni terrorçu M.Melyonyanın doğum günüdür. Amma belə bir gündə biz Qarabağımızın dilbər güşələrindən biri olan Kəlbəcərimizi işğaldan azad etdik. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də