Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Xan Lənkəran” finalda “Cəbrayıl”a UDUZDU

Futbol üzrə Region Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.
 
Final oyununda "Xan Lənkəran"a 1:0 hesabı ilə qalib gələn "Cəbrayıl" klubu çempion olub.
 
Şamaxı şəhər stadionundakı matçda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Görüşün əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltidən yararlana bilməyib.
 
Cavid Hüseynovun baş məşqçi olduğu kollektiv 2022/2023 mövsümündə Azərbaycanı UEFA Region Kubokunda təmsil edəcək.
 
Qeyd edək ki, 3-cü yer uğrunda keçirilmiş matçda isə "Araz-Naxçıvan" "Qusar"ı 2:1 hesabı ilə məğlub edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də