Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Meymun çiçəyi” pandemiyaya çevrilə bilməz - Səhiyyə Nazirliyi

“Azərbaycanda “Meymun çiçəyi” infeksiyası yoxdur, hələ ki, qeydə alınmayıb”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
 
Onun sözlərinə görə, bu təzə infeksiya deyil, sadəcə Afrikada rast gəlinib və orada özünü göstərib:
 
“İndi isə o yerlərə səyahətlər nəticəsində insanlar infeksiyanı özləri ilə Avropaya, ABŞ-a aparırlar. Bu cür faktlar qeydə alınıb. Bu infeksiya yayılma sürəti yüksək deyil, yalnız yaxın təmas tələb edir. Bunun COVID-19-dan fərqi ondadır ki, virus sürətlə yayılmır. Hər halda yenə də nəzarət olunmalı məsələdir. Sonuncu pandemiyadan sonra bu cür hallara ciddi fikir verilir".
 
"“Meymun çiçəyi” infeksiyası pandemiya halına gələcək bir məsələ deyil. Yalnız yerli alovlanmalar ola bilər, epidemiya halına isə çevrilə bilməz. Yenə də tədbirlər görüləcək və qarşısı alınacaq”, nazirlik rəsmisi vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də