Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə mövqeyini dəyişməyəcək – Ərdoğandan NATO açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyəcəyini bəyan edib.
 
Bu barədə Türkiyə mediası məlumat yayıb.
 
Ərdoğan bildirib ki, İsveç və Finlandiya Türkiyəni öz təkliflərinə inandırmaq üçün nümayəndə heyətləri göndərməklə məşğul olmamalıdır.
 
Qeyd edək ki, Ərdoğan bu gün Niderlandin Baş naziri ilə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə edib. Onun sabah Britaniya Baş naziri Boris Consonla telefon danışğı nəzərdə tutulub.
 
Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya qoşulmaq istəsə də, Türkiyə buna icazə vermir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına qəti şəkildə razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir. Qardaş Türkiyə mövqeyini israrla müdafiə edərək, Finlandiya və İsveç qarşısında 10 təklifdən ibarət şərtlər qoyub. Əgər adları çəkilən ölkələr Türkiyənin şərtlərini qeyd-şərtsiz qəbul etsələr, NATO-ya üzv olmaq şansı qazanacaqlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də