Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransa Senatında Qarabağ müzakirəsi - Nalbəndyan






Fransa Senatına 18 noyabrda təqdim edilən qətnamə layihəsi qondarma “dqr”in tanınmasına çağırışdır.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbəndyan deyib. O, Senatda qətnamə layihəsinin Bakı vaxtı ilə 19:30-da müzakirəyə çıxarılacağını deyib.

Nalbəndyan qətnamə layihəsinin təşəbbüskarlarının Senatdakı 5 siyasi qrupun – respublikaçılar, sosialistlər, mərkəzçilər, kommunistlər və yaşılların rəhbərləri olduğunu bildirib. Bu fraksiyaların nümayəndələrinin sayının parlamentin yuxarı palatasındakı 348 üzvdən 294-nü təşkil etdiyi vurğulanıb. Başqa sözlə, layihənin qəbul edilməsi ehtimalı böyükdür.

Nalbəndyan müsahibə zamanı, həmçinin qətnamənin Fransa hökumətinə çağırış olduğunu etiraf edib. Onun sözlərinə görə, qətnamə qəbul edilsə belə, bu tövsiyə xarakterli olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də