Belarus Həmkarlar İttifaqı təşkilatının rəhbəri Maksim Paznyakovun sosial şəbəkə hesabında Ukrayna bayrağını paylaşması onun üçün ciddi problem yaradıb.
Paznyakov "Facebook" səhifəsinin profilində Ukrayna bayrağını qoyub, bundan başqa “Müstəqillik naminə!” şüarını status bölümündə paylaşıb. O, məlum postundan sonra təqiblərə məruz qalıb.
Mayın 17-də polis bölməsinə aparılan QHT rəhbəri təxribatçı çağırış ittihamı ilə 15 sutka həbs cəzasına məhkum edilib. Maksim Paznyakovun həbsi vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanıb.