Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəbdə şagirdlərin zarafatı qanla bitdi - VİDEO

Bakıda məktəblilərin bir-birilə zarafatı qanla bitib.
 
9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Hadisə mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə qeydə alınıb.
 
İnsident zamanı xəsarət alan məktəbli dərhal xəstəxanaya aparılıb.
 
Məktəbin direktoru Əbülfət Bağırov deyib ki, mayın 17-də hadisəni törədən məktəbli dərsə gəlməyib. O, sinif otağına pəncərədən daxil olaraq xəsarət yetirdiyi şagirdlə zarafatlaşıb. Daha sonra məlum hadisə baş verib.
 
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli ilə bağlı bundan əvvəl polisə müraciət edilib. Hazırda fakt üzrə polisdə araşdırma aparılır.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də