İtaliyanın paytaxtı Romada bir nəfərdə meymun çiçəyi virusu aşkarlanıb.
Virusa yoluxan şəxsin İspaniyanın Kanar adalarından Romaya gəldiyi bildirilib.
İtaliyanın Ali Səhiyyə İnstitutu ölkədə meymun çiçəyi virusu ilə bağlı vəziyyətə nəzarət etmək üçün mütəxəssislərdən ibarət xüsusi əməliyyat qrupu yaradıb. Ölkənin Səhiyyə Nazirliyi xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.
Qeyd edək ki, Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.