ABŞ prezidenti Co Bayden Asiyaya səfəri zamanı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq.
Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bildirib.
“Prezident qanun layihəsini səfərə gedərkən imzalamağı planlaşdırır. Bu səbəbdən Kiyevə yardım göstərməkdə ləngimələr olmayacaq. Biz Konqresə qanun layihəsini tez bir zamanda təsdiqlədikləri üçün təşəkkür edirik”,- deyə Sallivan vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsü ilə çıxış edib. Senat dünən layihəni təsdiqləyib.