Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcər 27 ildən sonra gerçək sahiblərinə qovuşub - Türkiyə MN






Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə Azərbaycanı təbrik edib.

“Report” xəbər verir ki, təbrik mətni nazirliyin tvitterində paylaşılıb.

“Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra gerçək sahiblərinə qovuşub. Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”, - qeyd olunub.

Nazirlik Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması fotolarını da paylaşıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçıları arasında imzalanan bəyanata əsasən, Kəlbəcər rayonu boşaldılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də