Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 53 qadın İİV-ə yoluxdu

Bu ilin ilk üç ayı ərzində İİV-ə 186 yeni yoluxma halı qeydə alınıb. Onlardan 182-si Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbidir. Yoluxma qeydə alınmış yerli sakinlərdən 129-u kişi, 53-ü qadındır.
 
Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
 
Onun sözlərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 37,2 faizində İİV-ə yoluxma infeksion narkotik istifadəsi, 52,2 faizində heteroseksual, 4,1 faizində homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,01 faizində donor qanının köçürülməsi nəticəsində yoluxma baş verib.
 
Xəstələrin 5 faizində yoluxma yolu müəyyənləşdirilməyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də